DİN – Devdorak dərəsində tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb, “Darial” sərhəd-keçid məntəqəsi fəaliyyətini normal rejimdə davam etdirir
DİN – Devdorak dərəsində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb, “Darial” sərhəd-keçid məntəqəsi normal rejimdə fəaliyyət göstərir
Daxili İşlər Nazirliyinin əməkdaşları Ətraf Mühitin Milli Agentliyinin tövsiyəsi əsasında və Devdorak dərəsində hazırkı vəziyyəti nəzərə alaraq, avtomobillərin hərəkətinə tətbiq olunan məhdudiyyəti aradan qaldırıblar. “Darial” sərhəd-keçid məntəqəsi də fəaliyyətini normal rejimdə davam etdirir.
Devdorakda quraşdırılmış erkən xəbərdarlıq sistemindən səhər saatlarında siqnal daxil olub. Sözügedən sistem çay yatağında su axınının cüzi artımını belə qeydə alır.
Protokola uyğun olaraq, “Darial” sərhəd-keçid məntəqəsində olan vətəndaşlar, həmçinin məntəqədə çalışan patrul polisi, gömrük xidməti, sərhəd polisi və özəl şirkətin əməkdaşları təhlükəsiz əraziyə təxliyə ediliblər.
Bununla yanaşı, profilaktik tədbir olaraq, Qvelet kəndi yaxınlığında bütün növ nəqliyyat vasitələrinin hər iki istiqamətdə hərəkətinə məhdudiyyət qoyulmuşdu.
Ətraf Mühitin Milli Agentliyinin məlumatına görə, hazırda Devdorak dərəsində təhlükə səviyyəsi aradan qalxıb.
Məlumatı Daxili İşlər Nazirliyi yayıb.