DİN-də Xorava küçəsində baş verən qətl işi üzrə şahidlərin dindirilməsi davam edəcək
Daxili İşlər Nazirliyində Xorava küçəsində baş verən qətl işi üzrə şahidlərin dindirilməsi davam edəcək. Bu barədə məlumatı Birinci Kanala DİN-nin mətbuat xidmətində təsdiq etdilər.
İdarənin məlumatına görə, şahidlərin dindirilməsi saat 13:00-da başlayacaq.
Şahidləri Daxili İşlər Nazirliyində dünən dindirdilər. İstintaq idarəsində 51 saylı məktəbin beş şağirdi və bir pedaqoq çağırılmışdı. Hər beş şağurd insident zamanı Xorava küçəsində idi. Onların dindirilməsi 6 saat davam etdi.
Buna qədər baş nazir, Giorgi Kvirikaşvili bıyan etdi ki, Xorava küçəsində baş verən qətl işi üzrə istintaq Prokurorluqdan Daxili İşlər Nazirliyinə qaytarılacaqdır.
Xorava küçəsində baş verən qətl işi üzrə müttəhimlərə 10 il 6 ay və 9 il 9 ay hıbs cəzası verildi.
Məhkəmə hökmü mayın 31-da iclasda müəyyənləşdirdi.
Tbilisidə, Xorava küçəsində iki yeniyetmıni 2017-ci ilin dekabrın 1-də yaraladılar. Onlardan biri xəstəxanaya çatdırılana qədər həlak oldu. İkincisi isə, bir neçə əməliyyata baxmayaraq, dekabrın 2-də xəstəxanada həlak oldu.