DİN-də Xorava küçəsində baş verən qətl işi üzrə iki şahidin dindirilməsi başa çatdı
Xorava küçəsində baş verən insidentin iki şahidi Daxili İşlər Nazirliyini tərk etdi. %1 saylı məktəbin fizika pedaqoqu və bir yeniyetmə təxminən 3 saat ərzində dindirilirdi. Onlar jurnalistlərin suallarına vacab vermədilər və bəyan etdilər ki,
“Məlumatın yayılmaması barəsində qəbzə imza atdıq. Buna görə, heçnə deyə bilmərik. Bu gün istintaq idarəsi tərəfindən yeni sual verilməyib”, – yeniyetmələrdən birinin valideyni bəyan etdi.
Daxili İşlər Nazirliyində Xorava küçəsində baş verən qətl işinin yenidən istintaqı çərçivəsində sorğular dünən başladı. Bu vaxta qədər 7 şahid dindirilib. Onlar beşi həddi büluğa çatmayan və ikisi pedaqoqdur.
Buna qədər baş nazir, Giorgi Kvirikaşvili bıyan etdi ki, Xorava küçəsində baş verən qətl işi üzrə istintaq Prokurorluqdan Daxili İşlər Nazirliyinə qaytarılacaqdır.
Xorava küçəsində baş verən qətl işi üzrə müttəhimlərə 10 il 6 ay və 9 il 9 ay hıbs cəzası verildi.
Məhkəmə hökmü mayın 31-da iclasda müəyyənləşdirdi.
Tbilisidə, Xorava küçəsində iki yeniyetmıni 2017-ci ilin dekabrın 1-də yaraladılar. Onlardan biri xəstəxanaya çatdırılana qədər həlak oldu. İkincisi isə, bir neçə əməliyyata baxmayaraq, dekabrın 2-də xəstəxanada həlak oldu.