DİN-də bəyan edirlər ki, Saqeri munisipaliteti kəndlərinə giriş-çıxış məhdudlaşdırlmır
Daxili İşlər Nazirliyinin məlumatına görə, Saqeri munisipaliteti kəndlərinə giriş-çıxış məhdudlaşdırlmır və başqa sərt karantin məhdudiyyətləri tədbiq olunmur.
Gürcüstan hökuməti koordinasiya şurası tərəfindən qəbul olunan qərara müvafiq olaraq, koronavirusun yayılması prevensiyası və vətəndaşların aktiv monitorinqi məqsədi ilə, Saqeri munisipalitetinin Orbeli və Lacana kəndlərində Daxili İşlər Nazirliyinin təşkili ilə, polisin xüsusi infrastrukturu quraşdırıldı və nəzarət məntəqələri fəaliyyətə başladı.
Bununla yanaşı, Nazirliyin məlumatına görə, idarələrarası şurasının qərarı ilə, Saqeri munisipalitetinin Orbeli və Lacana kəndlərinə daxil olan və çıxan bütün vətəndaşlara yerində ilkin termoskrininq və testləşdirmə ediləcək.