DİN-də bəyan edirlər ki, "Milli Hərəkatın" aksiyasında hüquqmühafizəçilər vətəndaşların təhlükəsizliyini müdafiə edəcəklər
DİN-də bəyan edirlər ki, "Milli Hərəkatın" aksiyasında hüquqmühafizəçilər vətəndaşların təhlükəsizliyini müdafiə edəcəklər

Gürcüstan Daxili İşlər Nazirliyi bu gün Rustaveli prospektində “Milli Hərəkat” partiyası tərəfindən planladırılmış aksiya ilə bağlı bəyanat yayır.

İdarədə bəyan etdiklərinə görə, DİN vətəndaşların təhlükəsizliyini müdafiə edəcək.

“Rustaveli prospektinə polis qüvvələri cəlb olunacaq və bütün gün ərzində patrulluğu həyəta keçircək ki, istənilən təxribat başdan rədd edilsin və vətəndaşların təhlükəsizliyi müdafiə olunsun”, – DİN-də bəyan edirlər.

Daxili İşlər Nazirliyi aksiya təşkilatçılarını polisin qanunu tələblərinə tabe olmağa doğru çağırır.