DİN Batumidə xüsusilə külli miqdarda narkotik vasitə aşkar edib, Moldova vətəndaşı saxlanılıb
Daxili İşlər Nazirliyinin Acarıstan Polis Departamentinin əməkdaşları 1977-ci il təvəllüdlü Moldova vətəndaşı İ.K.-nı xüsusilə külli miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi, saxlanılması və realizasiyasına kömək göstərməkdə ittiham edərək saxlayıblar. Bu barədə məlumatı DİN yayıb.
Məlumata görə, araşdırma Cinayət Məcəlləsinin 260-cı və 260¹-ci maddələri ilə aparılır ki, bu da 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
“Hüquq-mühafizə orqanlarının əməkdaşları Batumidə təqsirləndirilən şəxsin üzərinə və müvəqqəti yaşadığı mənzildə keçirilən axtarış zamanı satış məqsədilə qablaşdırılmış xüsusilə külli miqdarda 61 bağlama “Metadon” narkotik vasitəsini maddi sübut kimi götürüblər.
Saxlanılan şəxsin müvəqqəti yaşadığı mənzildən, həmçinin narkotikin qablaşdırılması üçün zəruri materiallar da götürülüb”, – deyə DİN-in yaydığı məlumatda bildirilir.