DİN Batumidə “Gürcüstan bankı” filialına edilən quldurluqla bağlı rəsmi məlumat yayıb
Gürcüstan Daxili İşlər Nazirliyinin Acarıstan Polis Departamentinin əməkdaşları “Gürcüstan Bankının” Batumidəki filialına quldurluq etmiş 1989-cu il təvəllüdlü B.M.-ni saxlayıb. Məlumatı Gürcüstanın Daxili İşlər Nazirliyi yayıb.
Agentliyin məlumatına görə, cinayətə görə yeddi ilədək həbs cəzası nəzərdə tutulur.
“İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs “Gürcüstan Bankının” filialında silah nümayiş etdirərək kassirdən pul tələb edib. O, bundan imtina etdikdən sonra həmin silahla atəş açaraq hadisə yerindən qaçıb. Atışma zamanı xəsarət alan olmayıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi isti izlərlə saxlayıblar. Polis cinayəti törədən silahı sübut kimi götürüb.
Soyğunçuluq faktı Gürcüstan Cinayət Məcəlləsinin 179 və 236-cı maddələri ilə araşdırılır”, – məlumatda deyilir.
Bu gün saat 12:00 radələrində “GÜrcüstan bankının” Batumidəki filialına silahlı şəxs soxulub.