DİN - Aksiya zamanı baş verən insindentləri əks etdirən video-materialları detallı şəkildə öyrənirik və onlara hüquqi cavab veriləcək
Aksiya zamanı baş verən insindentləri əks etdirən video-materialları detallı şəkildə öyrənirik və ən yaxın zamanda, onlara hüquqi cavab veriləcək – bu barədə Daxili İşlər Nazirliyi tərəfindən yayılan bəyanatda deyilir.
Nazirlikdə bəyan edirlər ki, nazirlik, dini mənsubiyyətindən, millətindən və cinsi orientasiyasından asılı olmayaraq, hər bir vətəndaşın yığılıb, fikir bildirmək azadlığını qoruyur, əgər bu azadlıq qanun çərçivələrindən kənara çıxmırsa.
“Daxili İşlər Nazirliyinin ən başlıca məqsədi ictimai asayişin və vətəndaşların təhlükəsizliyinin qorunmasıdır” – deyilir nazirliyin bəyanatında.
Dünən Dövlət Dəftərxanasının yanında keçirilən aksiya zamanı, polisə müqavimət və kiçik xüliqanlıq suçu ilə, 28 nəfər həbs olundu. Onlar polis kordonunu pozaraq, aksiya keçirilən LGBT icmasının nümayəndələrinə hücum etməyə çalışırdılar.
Polis tərəfindən həbs edilənlərdən 7 nəfəri hələdə müvəqqəti həbs təcridxanasındadır. 21 nəfər isə, dünən gecə azad buraxıldı.