DİN - aksiya iştirakçıları zoraklıq metodlarından istifadə edirdilər, polisin göstərişlərinə tabe olmurdular və Nazirlik qanunla verilmiş səlahiyyət çərçivəsində proporsional gücdən istifadə etdi
DİN - aksiya iştirakçıları zoraklıq metodlarından istifadə edirdilər, polisin göstərişlərinə tabe olmurdular və Nazirlik qanunla verilmiş səlahiyyət çərçivəsində proporsional gücdən istifadə etdi

Aksiya iştirakçıları zoraklıq metodlarından istifadə edirdilər, polisin göstərişlərinə tabe olmurdular və Nazirlik qanunla ona verilmiş səlahiyyət çərçivəsində proporsional gücdən istifadə etdi, – bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.

“Gürcüstan Daxili İşlər Nazirliyi ictimai təhlükəsizlik və qaydaların müdafiəsinə məsul idarəni təşkil edir. Nazirlik bütün gün ərzində aksiyada necə ictimai təhlükəsizlik və qaydaların müdafiəsini, eləcə də hər bir insanın ifadə azadlığının müdafiəsini təmin edirdi.

Günün sonunda, Mərkəzi Seçki Komissiyası qarşısında keçirilən aksiyada, aksiya iştirakçıları  Mərkəzi Seçki Komissiyası binasına soxulmağa cəhd etdilər. Bu da kadrlarda yaxşıca görünür və buna polis imkan vermədi.

Aksiya iştirakçıları zoraklıq metodlarından istifadə etdiklərinə və polisin göstərişlərinə tabe omadıqalarına görə, Daxili İşlər Nazirliyi qanunla ona verilmiş səlahiyyət çərçivəsində proporsional gücdən istifadə etdi.

Daxili İşlər Nazirliyi bütün vətəndaşları, aksiya təşkilatçılarını və iştirakçılarını, qaydaların qorunmasına və polisin göstərişlərinə tabe olmasına çağırır. Aksiya zamanı, istənilən qanun pozuntusu faktının qarşısı, polis tərəfindən, qanun çərçivəsində, dönmədən alınacaqdır”, – DİN-in bəyanatında dyilir.