DİN – Aksiya qanunla müəyyən olunmuş normaları aşdı, bütün iştirakçılara polis əməkdaşlarının qanuni göstərişlərinə tabe olmağa çağırırıq, əks halda müvafiq tədbirlər görüləcək
DİN – Aksiya qanunla müəyyən olunmuş normaları aşdı, bütün iştirakçılara polis əməkdaşlarının qanuni göstərişlərinə tabe olmağa çağırırıq, əks halda müvafiq tədbirlər görüləcək

Mövcud aksiya toplaşma və nümayişlərlə bağlı qanunla müəyyən olunmuş normaları aşdı. Aksiya təşkilatçıları tərəfindən zorakı məzmunlu çağırışlar səsləndirildi, – bu barədə Daxili İşlər Nazirliyinin açıqlamasında bildirilir.

Qurum bütün aksiya iştirakçılarını polis əməkdaşlarının qanuni göstərişlərinə tabe olmağa çağırır.

“Təşkilatçılar Atonelidə yerləşən Prezident Sarayının binasının baryerlərinə zərər vurublar və binaya girməyə çalışıblar.
Daxili İşlər Nazirliyi bir daha bütün aksiya iştirakçılarını polis əməkdaşlarının qanuni göstərişlərinə tabe olmağa, vəziyyətin süni eskalasiyasına yol verməməyə çağırır, əks halda hüquq-mühafizə orqanları qanunla nəzərdə tutulmuş müvafiq tədbirlər görəcəklər,” – DİN-in açıqlamasında qeyd olunur.