DİN 20-21 iyun hadisələri zamanı mütəşəkkil zoraklıqda iştiraka görə daha üç nəfəri yaxaladı (video)
Gürcüstan Daxili İşlər Nazirliyi 20-21 iyun hadisələri zamanı mütəşəkkil zoraklıqda iştiraka görə, məhkəmə qərarına əsasən daha üç nəfəri yaxaladı, – bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin direktor vəzifəsinin icraçısı, Mamuka Çelidze bəyan etdi.
“Gürcüstan Daxili İşlər Nazirliyində 20-21 iyun tarixlərində Parlament qarşısında inkişaf edən hadisələr ilə bağlı intensiv istintaq davam edir.
İstintaq çərçivəsində, mütəşəkkil zoraklıqda iştiraka görə, məhkəmə qərarına əsasən daha üç nəfər yaxalandı.
Yaxalananlar 1974-cü il təvəllüdlü S.S., 1994-cü il təvəllüdlü S.B. və 1989-cu il təvllüdlü L.C.-dır.
Daxili İşlər Nazirliyi cinayətdə iştirak edən başqa şəxslərin müəyyənləşdirilməsi prosesini intensiv şəkildə davam etdirir”, – DİN-də bəyan edirlər.