Dimitris Avramopulos: “Mən Gürcüstanın Avropa yoluna inanıram, gələcəkdə də dəstəyimi davam etdirəcəyəm. Gürcüstan Avropa gələcəyinə layiqdir və bunu mütləq əldə edəcək”
Dimitris Avramopulos: “Mən Gürcüstanın Avropa yoluna inanıram, gələcəkdə də dəstəyimi davam etdirəcəyəm. Gürcüstan Avropa gələcəyinə layiqdir və bunu mütləq əldə edəcək”

“Mən Gürcüstanın Avropa yoluna inanıram. Çoxdan da bunu dəstəkləyirdim və gələcəkdə də ölkənizi dəstəkləməyə davam edəcəyəm”, – deyə miqrasiya məsələləri üzrə keçmiş Avropa komissarı Dimitris Avramopulos Gürcüstanın Birinci Kanalına Yunanıstanda keçirilən “Delfi İqtisadi Forumu” zamanı bildirib.

Avramopulosun sözlərinə görə, “Gürcüstan Avropa ölkəsidir və bu, çox sadə bir faktdır”.

“Gürcüstan üçün vizasız rejimin əldə olunmasına töhfə verdiyim vaxt xatırlayıram, Tbilisidə də olmuşdum və həyatımda heç bir başqa paytaxtın küçələrində Gürcüstandakı qədər Avropa bayrağı görməmişdim. İndi artıq Avropa İttifaqında işləməsəm də, hər zaman Gürcüstanın yanında olacağam. Gürcüstan Avropa gələcəyinə layiqdir və bunu mütləq əldə edəcək. Biz qısamüddətli deyil, tarixi perspektivdə düşünməliyik. Bir gün siz buna nail olacaqsınız. Mən sizin ölkənizi sevirəm və yenidən Gürcüstana qayıtmağı səbirsizliklə gözləyirəm”, – deyə Dimitris Avramopulos bildirib.