Dimitri Xundadze - Seçici müxalifətə parlamentə daxil olması üçün səs verdi, lakin onlar çadırdan keçməklə ölkədən kənarda gəzir və nicatı orada axtarırlar
Dimitri Xundadze - Seçici müxalifətə parlamentə daxil olması üçün səs verdi, lakin onlar çadırdan keçməklə ölkədən kənarda gəzir və nicatı orada axtarırlar

 

Seçici müxalifətə parlamentə daxil olması üçün səs verdi, lakin onlar çadırdan keçməklə ölkədən kənarda gəzir və nicatı orada axtarırlar – bu haqda “Xalqın Gücü” partiyasının üzvü Dimitri Xundadze Gürcüstanın Birinci Kanalına bildirib.

Xundadze, onların öz günahlarını hiss edə bilmədiklərini deyib.

“Keçmişdə, eləcə də seçkidə törədilmiş öz günahlarını hiss edə bilməmələri onların problemidir. Onlar daim günahı özlərində deyil, başqasında axtarırlar. Artıq öz seçicilərini tənqid edirlər, hərçənd onları da “atıblar”. Seçici onlara parlamentə daxil olmaları üçün səs verdi, lakin onlar çadırdan keçməklə ölkədən kənarda gəzir və nicatı orada axtarırlar. Halbuki hakimiyyətin mənbəyi xalqdır. İnsanlara hörmət etməli və günahlarını etiraf etməlidirlər. Onlar çaşqındırlar, nə edəcəklərini bilmirlər” – Dimitri Xundadze bildirib.