Dimitri Şaşkin - hansısa banda yolda hərəkəti paralizə etdi, hərəkət etmə vətəndaşın qanuni hüququdur
Dimitri Şaşkin - hansısa banda yolda hərəkəti paralizə etdi, hərəkət etmə vətəndaşın qanuni hüququdur

“Milli Hərəkat – Birləşmiş Müxalifətin” tərəfdarları Rustavi-Tbilisi maqistralından Tbilisiyə aksiyaya gəlirlər. Ona qədər isə, “Gürcü Marşının” üzvləri yolun bir hissəsini bağladılar. Mövcud olan məlumata görə, yerində fiziki qarşıdurma da baş verdi.

Fakta “Milli Hərəkatın” üzvü, Dimitri Şaşkin əks səda verdi.

“Gürcüstanda konstitusiya mövcuddur, burada yazılıb ki, Gürcüstan vətəndaşının hərəkət etməyə qanuni hüququ var. Bunun yerinə yetirilməsi öhdəliyi polisin üzərinə düşür və əgər bunu edə bilmirsə, onda xalq yerinə yetirir. Siz özünüz görürsünüz ki, hansısa dəstə yolu paralizə etdi. Veteranlar, taksi sürücüləri, müğənnilər öz hüquqlarının müdafiəsi üçün birləşdilər və biz hər bir gürcünün hüququnu müdafiə edəcəyik”, – Dimitri Şaşkin bəyan etdi.

Müxalifətin nümayəndələri bu vaxt üçün Rustavi-Tbilisi maqistralındadaılar. Polis hadisə yerində qalır.