Dimitri Peskovun məlumatına əsasən, Donald Trampla Vladimer Putin arasında telefon danışığı bu gün aparılacaq – “Lazım bildikləri qədər danışacaqlar”

14:43, 18.03.2025

 

ABŞ və Rusiya prezidentləri arasında telefon danışığı bu gün saat 15:00-dan saat 17:00 arasında baş tutacaq.

Bu haqda Kremlin sözçüsü Dimitri Peskov bildirib.

O, Donald Trampla Vladimer Putin arasında söhbətin nə qədər davam edəcəyinin bilinmədiyini deyib.

“Lazım bildikləri qədər danışacaqlar” – Dimitri Peskov bildirib.

O deyib ki, müzakirə olunacaq məsələlər çoxdur, bunlar arasında ən mühümü ikitərəfli münasibətlər və Ukrayna münaqişəsinin tənzimlənməsi məsələləridir.

Oxşar