Dimitri Peskov - Zəngəzur dəhlizi ətrafında mövcud vəziyyət Ermənistan və Azərbaycanın suveren məsələsidir
Kremldə bildirirlər ki, Zəngəzur dəhlizi ətrafında mövcud vəziyyət Ermənistan və Azərbaycanın suveren məsələsidir.
Bu haqda jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dimitri Peskov bildirib.
Onun sözlərinə əsasən, Rusiya Ermənistanla Azərbaycan arasında sülhün mümkün qədər tez bərqərar olmasını dəstəkləyir.
Bundan əvvəl İspaniya nəşri Ermənistan, Azərbaycan və ABŞ-nin Zəngəzur dəhlizinin Amerika şirkəti tərəfindən idarə olunmasını nəzərdə tutan memorandum üzrə razılığa gəlməsi haqda məlumat yayıb.
Bununla yanaşı, Ermənistan hökuməti Sünikdən keçən nəqliyyat marşrutunun 99 illiyinə ABŞ-a verilməsi barədə İspan mediasının məlumatını təkzib edir.
Erməni mediasının məlumatına əsasən, ölkənin hakim partiyasında Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya hakimiyyəti ilə Zəngəzur dəhlizi ilə bağlı danışıqları pərdə arxasında aparacağını düşünürlər.
Medianın məlumatına əsasən, Ermənistanın Baş naziri Rusiyaya iki günlük səfərə gedib. Yayılmış bəyanata əsasən, Nikol Paşinyan Rusiya Federasiyasının Altay Respublikasında təbiətin və ətraf mühitin mühafizəsinə həsr olunmuş beynəlxalq konfransda iştirak edəcək.