Dimitri Peskov - Vladimer Putin və Donald Tramp arasında mümkün görüş dövlət başçıları arasında şəxsi razılaşmalardan asılıdır
ABŞ və Rusiya prezidentləri arasında telefon danışığı Rusiya vaxtı ilə saat 17:00-da (ABŞ vaxtı ilə 10:00) aparılacaq. Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dimitri Peskov deyib.
Peskov bildirib ki, Rusiya Prezidenti Vladimer Putin və ABŞ Prezidenti Donald Tramp arasında mümkün görüş dövlət başçıları arasında şəxsi razılaşmalardan asılıdır.
“Bu, daha çox onların özlərinin nə qərar verəcəyindən asılı olacaq. Qərarı iki prezident verəcək. Görüş, əlbəttə ki, işlənib hazırlanmalıdır, lakin onların özlərinin təyin etdiyi tarixlər əsasında” – Kremlin mətbuat katibi qeyd edib.
Dimitri Peskovun bəyanatına əsasən, Rusiya ABŞ-nin Ukraynada vasitəçilik səyini yüksək qiymətləndirir və Vaşinqtona minnətdardır.