Dimitri Peskov – Ukraynaya yardımı dayandırmaqla ABŞ sülh işinə ən yaxşı töhfəni verəcək

15:28, 04.03.2025

 
Ukraynaya yardımı dayandırmaqla ABŞ sülh işinə ən yaxşı töhfəni verəcək – bu haqda Kremlin mətbuat katibi Dimitri Peskov bildirib.

Peskov deyib ki, ABŞ həqiqətən də Ukraynanı maliyyələşdirməyi dayandırsa, sülh işinə ən yaxşı töhfəni verəcək, lakin hələlik bu haqda mediada məlumat yalnız mənbələrə istinadən yayılır.

“Aydındır ki, ABŞ indiyədək əsas təchizatçı olub. Əgər ABŞ təchizatı kəssə və ya dayandırsa, bu, yəqin ki, sülh işinə ən yaxşı töhfə olacaq” – Kremlin nümayəndəsi qeyd edib.

Bununla yanaşı, Peskov bəyan edib ki, Rusiya-ABŞ münasibətlərinin normallaşması Rusiyaya qarşı sanksiyaların aradan qaldırılmasını əhatə etməlidir, lakin o, hələlik belə bir planın olmadığını deyib.

“Əlbəttə, əgər ikitərəfli münasibətlərin normallaşdırılmasından danışırıqsa, o zaman onlar sanksiyaların bu mənfi yükündən azad olmalıdırlar” – Peskov bildirib.

Məlumat üçün bildirək ki, “Reuters” agentliyi Ağ Evin nümayəndəsinə istinadən yazır ki, ABŞ-nin Prezidenti Donald Tramp Ukraynaya hərbi yardımı dayandırıb.

Oxşar