Dimitri Peskov - Ukraynaya nə qədər az silah tədarük olunarsa, xüsusi hərbi əməliyyatın sonu bir o qədər yaxın olar
Dimitri Peskov - Ukraynaya nə qədər az silah tədarük olunarsa, xüsusi hərbi əməliyyatın sonu bir o qədər yaxın olar

 

Qərbin Ukraynaya silah tədarükünü azaltması və ya dayandırması münaqişənin sonunu yaxınlaşdıracaq. Rusiya Prezidentinin mətbuat katibi Dimitri Peskov Vaşinqton tərəfindən Kiyevə silah tədarükünün dayandırılmasına belə münasibət bildirib.

“Bizim anladığımız qədərilə, bu qərarın səbəbi boş anbarlar olub. Anbarlarda bu silahların azlığı. Lakin istənilən halda, Ukraynaya nə qədər az silah tədarük olunarsa, xüsusi hərbi əməliyyatın sonu bir o qədər yaxın olar” – Kremlin nümayəndəsi qeyd edib.

Bundan əvvəl “Politico” nəşri Pentaqonun Ukraynaya hava hücumundan müdafiə raketləri və digər döyüş sursatlarının tədarükünü dayandırdığını yazmışdı. Nəşrin üç anonim şəxsə istinadən yazdığı kimi, ABŞ-nin silah ehtiyatının çox azalması ilə bağlı narahatlıq var, bu səbəbdən də bu qərarı qəbul ediblər.