Dimitri Peskov Ukraynanın NATO-ya üzv olmamasının əsas məsələlərdən biri olduğunu bildirir
Rusiya Prezidentinin mətbuat katibi Dimitri Peskov Ukraynanın NATO-ya üzv olmamasının əsas məsələlərdən biri olduğunu bildirir. Kremlin nümayəndəsi bu barədə mediaya açıqlayıb.
“Aydındır ki, bu məsələ əsas sütunlardan biridir və əlbəttə, digər məsələlər fonunda xüsusi müzakirə tələb edir” – Dimitri Peskov qeyd edib.
Kremlin mətbuat katibi hesab edir ki, ABŞ Prezidenti Donald Tramp münaqişənin həlli üzərində səmimi şəkildə çalışır.
“ABŞ tərəfdən danışıqlar aparan şəxslər, avropalılar və ukraynalılar arasında iş gedir. Onlar işin öz paylarına düşən hissəsini tamamladıqdan sonra, amerikalı həmsöhbətlərimizdən bu gün Berlində müzakirə olunan vizyonu alacağımızı gözləyəcəyik” – Dimitri Peskov deyib.
Həmçinin, Kremlin mətbuat katibi qeyd edib ki, Putin sülhə və ciddi qərarlara açıqdır və müvəqqəti fasilə yaratmağa yönəlmiş hiylələri dəstəkləməyəcək.