Dimitri Peskov - Ukrayna tərəfindən Rusiyanın aerodromlarına endirilmiş zərbələrə cavab hərbçilərin qərar verəcəyi şəkildə olacaq
Ukrayna tərəfindən Rusiyanın aerodromlarına endirilmiş zərbələrə cavab hərbçilərin qərar verəcəyi şəkildə olacaq – bu barədə Kremlin mətbuat katibi Dimitri Peskov deyib.
“O şəkildə və o zaman, necə və nə vaxt ki, hərbçilərimiz bunu məqsədəuyğun hesab edəcəklər” – Dimitri Peskov bildirib.
Bununla yanaşı, Dimitri Peskov Vladimer Putinin Donald Trampla telefon danışığı zamanı Moskvanın Kiyevin aerodromlara endirdiyi zərbələrə cavab verəcəyini dediyini təsdiqləyib. Kremlin nümayəndəsi həmçinin qeyd edib ki, iki prezidentin söhbəti zamanı sanksiyalar məsələsi müzakirə olunmayıb.