Dimitri Peskov - Ukrayna tərəfi ilə danışıqların sonrakı raunduna hazırlaşırıq, Ukrayna məsələsi ilə bağlı Rusiyanın memorandumu üzərində iş son mərhələdədir
Kremlin mətbuat katibi Dimitri Peskov bildirib ki, Ukrayna məsələsi ilə bağlı Rusiyanın memorandumu üzərində iş son mərhələdədir. Peskov, Ukrayna və Rusiyanın təqdim etdiyi memorandum layihələrinin tezliklə məlum olacağını deyib.
“Tezliklə hər iki tərəf tərəfindən təqdim olunacaq memorandum layihələri məlum olacaq və artıq danışıqların sonrakı raundu barədə danışıq başlanacaq” – Rusiya Prezidentinin mətbuat katibi bildirib.
Dimitri Peskov, Rusiyanın Ukrayna ilə danışıqların sonrakı raunduna hazırlaşdığını deyib.
“Biz çox gərgin iş görürük. Ukrayna tərəfi ilə danışıqların sonrakı raunduna hazırlaşırıq. Bundan əlavə, amerikalılarla təmaslarımızı davam etdirəcəyik” – Peskov qeyd edib.
Kremlin mətbuat katibinin dediyi kimi, Rusiya şəxsən ABŞ Prezidenti Donald Trampın vasitəçilik səylərinə görə minnətdardır.