Dimitri Peskov - Ukrayna münaqişəsinin həlli ilə bağlı Rusiyanın mövqeyinin bütün əsas parametrləri ABŞ-a məlumdur, Vaşinqtonla mövcud kanallarla təmasları davam etdirmək üçün çalışırıq
Dimitri Peskov - Ukrayna münaqişəsinin həlli ilə bağlı Rusiyanın mövqeyinin bütün əsas parametrləri ABŞ-a məlumdur, Vaşinqtonla mövcud kanallarla təmasları davam etdirmək üçün çalışırıq

 

Moskva yaxın gələcəkdə Vaşinqtonla mövcud kanallarla təmasları davam etdirəcək – bu haqda Rusiya Prezidentinin mətbuat katibi Dimitri Peskov deyib.

Jurnalistlər Peskovdan Vaşinqtonun NATO-dakı daimi nümayəndəsi Metyu Uitakerin Moskva ilə danışıqlar zamanı Amerika Birləşmiş Ştatlarının Rusiyanın Ukrayna münaqişəsini həll etməyə nə qədər hazır olduğunu anlamağa çalışdığı barədə son bəyanatlarını necə qiymətləndirdiyini soruşublar.

Kremlin mətbuat katibi bildirib ki, Ukrayna münaqişəsinin həlli ilə bağlı Rusiyanın mövqeyinin bütün əsas parametrləri Amerika Birləşmiş Ştatlarına məlumdur.

“Hazırda dövlət başçısının aldığı məlumat əsasında gələcək mövqeyimizi formalaşdırmaq və yaxın gələcəkdə hazırda fəaliyyət göstərən mövcud kanallarla təmasları davam etdirmək üzərində işləyirik” – Peskov jurnalistlərə deyib.