Dimitri Peskov – taxıl razılaşmasının vaxtının uzadılmasının şansı yoxdur
Rusiya prezidentinin mətbuat katibi, Dimitri Peskovun bəyan etdiyinə görə, taxıl razılaşmasının vaxtının uzadılmasının şansı yoxdur, çünki bunun vədi heç bir zaman verilməyib.
“Burada hansısa yekun qərarın proqnozlaşdırılması mümkün deyil. Biz yalnız onu deyə bilərik ki, əlimizdə olanlarla müzakir etsək, bu razılaşmanın vaxtının uzadılmasının şansı yoxdur”, – Peskov qeyd etdi.
Rusiya prezidentinin mətbuat katibi qeyd etdi ki, sövdələşmə işdən ibarətdir və bu işin yalnız bir hissəsi həyata keçirilib, Rusiya ilə bağlı olan digər hissəsi isə, heç vaxt həyata keçirilməyib.
Peskovun sözlərinə görə, Rusiya bir neçə dəfə xoşməramlılıq nümayiş etdirib, güzəştə gedib və müqavilənin müddətini uzadıb.
“Buna görə, əlimizdə olanalar barəsində danışırıqsa, onda perspektiv yoxdur, razılaşmanın vaxtının uzadılmasının əsası yoxdur, çünki buna qədər nə söz versilərsə, yerinə yetirilmədi”, – Peskov bəyan etdi.
Ona qədər, Rusiya prezidenti Vladimir Putin bəyan etmişdi ki, Qərb dövlətləri növbəti dəfə taxıl razılaşmasında Rusiyanı bir daha aldatdılar və Moskva düşünür ki, bu razılaşmadan nə cür çıxsın.