Dimitri Peskov - Şimali Atlantika Alyansı faktiki olaraq Rusiyaya qarşı müharibəyə qoşulub
Dimitri Peskov - Şimali Atlantika Alyansı faktiki olaraq Rusiyaya qarşı müharibəyə qoşulub

 

Şimali Atlantika Alyansı faktiki olaraq Rusiyaya qarşı müharibəyə qoşulub – bu haqda Rusiya Prezidentinin mətbuat katibi Dimitri Peskov deyib.

“NATO Rusiya ilə müharibədədir. Bu açıq-aydındır və əlavə sübut tələb etmir. NATO Kiyev rejiminin birbaşa və dolayı dəstəyi ilə bu müharibəyə qoşulub” – Kremlin mətbuat katibi Polşanın xarici işlər naziri Radoslav Sikorskinin NATO-nun Rusiya ilə müharibə aparmaması ilə bağlı bəyanatına belə münasibət bildirib.

Peskov iddia edir ki, Moskva Ukrayna ətrafında mövcud vəziyyəti danışıqlar yolu ilə həll etməyə hazırdır, lakin Kiyev bu prosesi süni şəkildə ləngidir.

Kremlin mətbuat katibi həmçinin qeyd edib ki, Rusiya-ABŞ-Ukrayna zirvə toplantısı ilə əlaqədar irəliləyiş hələlik yoxdur.