Dimitri Peskov sabah Tacikistanda Vladimer Putin və İlham Əliyevin görüşünün keçiriləcəyi haqda məlumat verir
Sabah Vladimer Putin və İlham Əliyevin görüşü keçiriləcək – bu barədə Kremlin mətbuat katibi Dimitri Peskov bildirib.
Kremlin nümayəndəsi, Rusiya və Azərbaycan prezidentləri Vladimer Putin və İlham Əliyevin sabah, oktyabrın 9-da Tacikistanın paytaxtı Düşənbədə görüşəcəklərini bildirib.
Peskov danışıqların əsas mövzusunun ikitərəfli münasibətlər olacağını qeyd edib. O bildirib ki, görüşün təşkili faktının özü iki liderin cari məsələləri müzakirə etmək istəyini göstərir.
“Azərbaycan tərəfi adından danışa bilməməyimə baxmayaraq, Rusiya konstruktiv və müsbət dialoqa sadiqdir” – Peskov qeyd edib.