Dimitri Peskov Rusiyanın Litvada nüvə silahının mümkün yerləşdirilməsi halında cavab tədbirləri görəcəyini bildirir

19:58, 06.10.2026

 

Kremlin mətbuat katibi Dimitri Peskov Rusiyanın Litvada nüvə silahının mümkün yerləşdirilməsi halında cavab tədbirləri görəcəyini bildirir.

O, Litvada NATO hərbi bazasının yerləşdirilməsinin mövcud gərginliyi daha da artıracağını deyib.

“Bu hadisələrin heç biri Avropa qitəsində sabitliyə və proqnozlaşdırılmaya töhfə verməyəcək. Əksinə, təəssüf ki, onlar gərginliyin daha bir mühüm eskalasiyasına səbəb olacaqlar. Rusiyaya gəlincə, əlbəttə ki, Moskva öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görməyə məcbur olacaq” – Dimitri Peskov bildirib.

Məlumat üçün bildirək ki, bundan əvvəl Litva Seymi ilk dinləmədə nüvə silahının yerləşdirilməsinə qoyulan qadağanın ləğv edilməsini dəstəkləyib. 106 deputat 18 əleyhinə olmaqla konstitusiyaya dəyişikliyə səs verib, bu dəyişikliyə əsasən, bundan sonra Litva ərazisində nüvə silahının yerləşdirilməsi artıq qadağan edilməyəcək.

Oxşar