Dimitri Peskov Rusiyanın Fransa tərəfindən yüksək səviyyədə dialoqun bərpa edilməsi istəyini görə bilmədiyini bildirir
Dimitri Peskov Rusiyanın Fransa tərəfindən yüksək səviyyədə dialoqun bərpa edilməsi istəyini görə bilmədiyini bildirir

 

Kremlin mətbuat katibi Dimitri Peskov Rusiyanın Fransa tərəfindən yüksək səviyyədə dialoqun bərpa edilməsi istəyini görə bilmədiyini bildirib.

“Həqiqətən də Rusiya ilə Fransa arasında təmaslar olub, təsdiq edə bilərik ki, bu, istənildiyi və zəruri olduğu təqdirdə, yüksək səviyyədə dialoqun sürətlə bərqərar olmasına töhfə verəcək. İndiyə qədər belə bir istəyin mövcudluğuna dair heç bir işarə almamışıq, lakin cənab Makronun Rusiya ilə münasibətlərin qurulmasının zəruriliyi barədə bəyanatına diqqət yönəltmişik və bu cür bəyanatları müsbət qiymətləndiririk” – Peskov qeyd edib.

Bununla yanaşı, Kremlin mətbuat katibinin bəyanatına əsasən, Rusiya həmişə çətin məsələlərin həllinə kömək edəcək dialoqu dəstəkləyib.

Daha əvvəl Fransa Prezidenti Emmanuel Makron Rusiya Prezidenti Vladimer Putinlə avropalılarla birlikdə “çoxlu həmsöhbət” olmadan dialoq “təşkil etmək” istədiyini qeyd edib. Fransa Prezidenti Moskva ilə texniki səviyyədə müzakirə kanallarını bərpa etdiyini bildirib.