Dimitri Peskov – Rusiya Ər-Riyadda keçirilən görüşün məzmununu açıqlamayacaq

14:56, 25.03.2025

 
Rusiya Ər-Riyadda keçirilən görüşün məzmununu açıqlamayacaq – bu haqda Kremlin mətbuat katibi Dimitri Peskov bildirib.

O, nümayəndə heyətləri arasında 12 saat davam edən görüşün daha çox texniki xarakter daşıdığını deyib.

“Texniki danışıqlar təfərrüatlara varmağı nəzərdə tutur, bu səbəbdən, əlbətdə, bu danışıqların məzmunu ictimaiyyətə açıqlanmayacaq. Buna dair heç bir gözlənti olmamalıdır” – Dimitri Peskov bildirib.

Martın 24-də Rusiya və ABŞ nümayəndə heyətləri Ər-Riyadda 12 saatlıq görüş keçiriblər.

Rusiyanı ölkənin Federasiya Şurasının üzvü, xarici işlər nazirinin keçmiş müavini Qriqori Karasin və Rusiya Federal Təhlükəsizlik Xidməti direktorunun müşaviri Serqei Beseda təmsil edirdi. ABŞ nümayəndə heyətinə Ağ Evin Milli Təhlükəsizlik Şurasının baş direktoru Endryu Pik və Dövlət Departamentinin yüksək vəzifəli əməkdaşı Maykl Entoni rəhbərlik edirdi.

Oxşar