Dimitri Peskov Rusiya və Ukraynanın insan hüquqları komissarları arasında yaxşı münasibətin qurulduğunu bəyan edir
Rusiya Prezidentinin mətbuat katibi Dimitri Peskovun bəyanatına əsasən, Rusiyanın insan hüquqları komissarı ilə Ukraynanın insan hüquqları üzrə ombudsmanı arasında yaxşı münasibət qurulub.
Bu barədə “TASS” xəbər verir.
Peskov qeyd edib ki, Yana Lantratova ilə Dmitri Lubinets arasında etimada əsaslanan münasibət insan hüquqlarının müdafiəçiləri üçün böyük əhəmiyyət kəsb edir.
“Onlar yaxşı dialoq qurublar. Bu, çox vacibdir. Tədricən bir-birinə etibar etməyə başlayırlar. Bu da insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyətə kömək edir” – Rusiya Prezidentinin mətbuat katibi qeyd edib.