Dimitri Peskov – Rusiya və Ukrayna arasında dırnaqarası hava atəşkəsi ilə bağlı hazırda konkret məlumat yoxdur

17:22, 27.07.2026

 

Kremlin mətbuat katibi Dimitri Peskovun bəyanatına əsasən, Rusiya və Ukrayna arasında dırnaqarası hava atəşkəsi ilə bağlı hazırda konkret məlumat yoxdur.

“Bu mərhələdə bu, yalnız medianın spekulyasiyasıdır. Bu məsələ ilə bağlı nə konkret təfərrüatlar var, nə də hər hansı yeni düsturlar və ya təkliflər barədə konkret məlumata malikik” — Peskov jurnalistlərə deyib.

Məlumat üçün bildirək ki, bundan əvvəl “Reuters” mənbəyə istinadən ABŞ və Ukrayna rəsmilərinin sülh danışıqlarının yeni raundu çərçivəsində Rusiya tərəfinə təqdim edilməli olan “hava atəşkəsi” haqqında təklifi müzakirə etdikləri barədə məlumat yaymışdı.

Oxşar