Dimitri Peskov - Rusiya və ABŞ Budapeştdə Vladimer Putinlə Donald Trampın görüşünə hazırlığa hələ başlamayıblar
Dimitri Peskov - Rusiya və ABŞ Budapeştdə Vladimer Putinlə Donald Trampın görüşünə hazırlığa hələ başlamayıblar

 

Rusiya və ABŞ Budapeştdə Vladimer Putinlə Donald Trampın görüşünə hazırlığa hələ başlamayıblar. Kremlin mətbuat katibi Dimitri Peskovun dediyi kimi, sammitə hazırlıq hələlik tam miqyasda başlamayıb.

“Əlbəttə, hamı prezidentlərin verdiyi göstərişləri yerinə yetirir, lakin belə genişmiqyaslı danışıqlar, yüksək səviyyəli görüş üçün müvafiq şərtlərin hazırlanması üçün komanda işi hələ başlamayıb. Bu, indi başlayacaq” – Peskov bildirib.

Məlum olduğu kimi, ABŞ və Rusiya prezidentləri telefon danışığı zamanı təkbətək görüş keçirməyə dair razılaşıblar. Donald Tramp ümid edir ki, Budapeşt sammitindən sonra Rusiya-Ukrayna müharibəsini bitirmək mümkün olacaq. Həmçinin, sammitdən əvvəl iki ölkənin xarici işlər nazirləri səviyyəsində məşvərətçi görüş keçirilməlidir, lakin bu mərhələdə bu görüşün keçiriləcəyi tarix də bilinmir.