Dimitri Peskov - Rusiya tərəfini onun nəzarət etdiyi Zaporojie Atom Elektrik Stansiyasını bombalamaqda ittiham etmək, ən azı, cəfəngiyyatdır
Kremlin mətbuat katibi Dimitri Peskov ruslar tərəfindən Zaporojie Atom Elektrik Stansiyasının bombalanmasını cəfəngiyyat adlandırıb.
Peskov bildirib ki, Rusiya tərəfi Beynəlxalq Atom Enerjisi Agentliyi ilə daim əlaqə saxlayır.
“Başa düşdüyünüz kimi, Rusiya tərəfini onun nəzarət etdiyi zavodu bombalamaqda ittiham etmək, ən azı, cəfəngiyyatdır. Rusiya tərəfi Beynəlxalq Atom Enerjisi Agentliyi ilə daim əlaqə saxlayır. Qəbul edilmiş normalara və qaydalara uyğun olaraq, stansiyada mövcud vəziyyətlə bağlı Beynəlxalq Atom Enerjisi Agentliyini məlumatlandırır” – Peskov qeyd edib.
Məlumat üçün bildirək ki, Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın hücumlarına görə Zaporojie Atom Elektrik Stansiyasının elektrik şəbəkəsindən ayrıldığını və vəziyyətin təcili olduğunu bildirib.