Dimitri Peskov – Rusiya nə Fransa, nə də Avropanın hər hansı başqa dövləti üçün təhlükə deyil
Rusiya nə Fransa, nə də Avropanın hər hansı başqa dövləti üçün təhlükə deyil — bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dimitri Peskov bildirib.
O, bunu Rusiya Prezidenti Vladimer Putinin dəfələrlə dediyini bildirib.
“Bizim Avropanın heç bir dövləti ilə ciddi fikir ayrılığına səbəb ola biləcək mübahisəmiz yoxdur. Bundan irəli gələrək, Rusiya təhlükə yaratmır və Rusiya heç kimi hədələmir, heç kimi şantaj etmir” — Peskov bildirib.
Məlumat üçün bildirək ki, Fransa mediası Fransanın Rusiyanın hibrid hücumlarına hazırlaşdığı barədə məlumat yaymışdı. Medianın məlumatına əsasən, Emmanuel Makron bütün partiya liderlərini, o cümlədən 2027-ci ilin prezident seçkilərinin namizədlərini Yelisey sarayına çağırıb və Rusiyanın ehtimal olunan hücumları barədə xəbərdarlıq edib.