Dimitri Peskov – Rusiya ilə ABŞ arasında münasibətlərin bərpası hələ başlanğıc mərhələdədir

15:58, 10.03.2025

 
Rusiya ilə ABŞ arasında münasibətlərin bərpası hələ başlanğıc mərhələdədir – bu haqda Rusiya Prezidentinin mətbuat katibi Dimitri Peskov bildirib.

Peskov deyib ki, Rusiya və ABŞ-ı çətin və uzun yol gözləyir.

“Biz ikitərəfli münasibətlərin bərpası yolunun başlanğıc mərhələsindəyik. Yol kifayət qədər uzun və çətin olacaq. İki prezident Vladimer Putin və Donald Tramp bu istiqamətdə siyasi iradə ifadə ediblər” – Kremlin nümayəndəsi bildirib.

Peskov deyib ki, Donald Tramp vəzifəsini tutduqdan sonra Rusiya Prezidenti Vladimer Putinlə Donald Tramp arasında yalnız bir telefon danışığı baş tutub.

“Onların arasında telefon əlaqəsi çox da tez-tez olmur. Faktiki olaraq, onlar yalnız bir dəfə söhbət ediblər” – Peskov bildirib.

Bununla yanaşı, Peskov Moskva və Vaşinqton nümayəndələrinin bu həftə Səudiyyə Ərəbistanında danışıqlar aparacağı ilə bağlı mediada yayılan məlumatı təkzib edib.

Oxşar