Dimitri Peskov – Rusiya heç vaxt başqa dövlətlərlə, o cümlədən qonşuları ilə münasibətlərin korlanmasının təşəbbüskarı olmayıb
Rusiya ABŞ-la təmasları davam etdirir, Ukrayna məsələsi çox mürəkkəbdir və əlavə səy tələb edir – bu barədə Kremlin mətbuat katibi Dimitri Peskov bildirib.
“Biz artıq dünən, faktiki olaraq, bu mövzuda danışmışdıq. Amerika tərəfi ilə təmaslarımızı davam etdiririk. Mövzu çox mürəkkəbdir, Ukraynanın tənzimlənməsi ilə bağlı müzakirə etdiyimiz məzmun çox mürəkkəbdir. Onlar əlavə çoxlu səylər tələb edirlər” – Peskov mediaya deyib.
Bununla yanaşı, Peskov bəyan edib ki, Rusiya heç vaxt başqa ölkələrlə, o cümlədən qonşuları ilə münasibətlərin korlanmasının təşəbbüskarı olmayıb.
“Rusiya heç vaxt başqa dövlətlərlə, o cümlədən və ilk növbədə qonşuları ilə münasibətləri korlamağın təşəbbüskarı olmayıb” – Peskov qeyd edib.