Dimitri Peskov - Rusiya görür ki, Ukrayna Moskva ilə Bakı arasındakı münasibətlərin balansını pozmağa çalışır
Rusiya görür ki, Ukrayna Moskva ilə Bakı arasındakı münasibətlərin balansını pozmağa çalışır – bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dimitri Peskov bildirib.
Belə ki, Peskov Azərbaycan Prezidenti İlham Əliyevlə Ukrayna Prezidenti Volodimir Zelenski arasında iyulun 1-də onun təbirincə “Moskvanın Bakını təhdid etdiyi” şəraitdə Ukraynanın dəstəyini ifadə etdiyi telefon danışığına münasibət bildirib.
Dimitri Peskovun bəyanatına əsasən, Rusiya Azərbaycanı heç vaxt təhdid etməyib və təhdid etmir.
“Ukrayna odun üzərinə neft tökmək, Azərbaycan tərəfini emosional hərəkətlərini davam etdirməyə təhrik etmək üçün indi hər şeyi edəcək. Bunu proqnozlaşdırmaq çox asandır” – Dimitri Peskov qeyd edib.