Dimitri Peskov - Rusiya ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkofa Moskvada ev sahibliyi etməkdən hər zaman məmnundur
Dimitri Peskov - Rusiya ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkofa Moskvada ev sahibliyi etməkdən hər zaman məmnundur

 

Rusiya ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkofa Moskvada ev sahibliyi etməkdən hər zaman məmnundur – bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dimitri Peskov deyib.

Kremlin mətbuat katibi cari həftə Vladimer Putinlə Stiv Uitkof arasında görüşün mümkünlüyünü istisna etmir.

Peskov bildirib ki, Rusiya Stiv Uitkofla təmasları əhəmiyyətli, məzmunlu və çox faydalı hesab edir.

Rusiya Prezidentinin mətbuat katibi həmçinin ABŞ Prezidenti Donald Trampın nüvə sualtı qayıqlarını Rusiyanın yaxınlığına göndərmək qərarından danışıb. Peskov bildirib ki, nüvə müharibəsində qalib ola bilməz.

Bununla yanaşı, Peskovun qeyd etdiyi kimi, ABŞ Prezidentinin bəyanatlarını nəzərə almaqla, Kremldə nəsə eskalasiyanın baş verdiyini düşünmürlər.