Dimitri Peskov – Prezident, prezident Trampla təmasa tamamilə açıqdır, bu səbəbdən, ehtiyac yaranarsa, onların söhbəti kifayət qədər operativ şəkildə təşkil olunacaq

17:12, 31.03.2025

 

Prezident, prezident Trampla təmasa tamamilə açıqdır, bu səbəbdən, ehtiyac yaranarsa, onların söhbəti kifayət qədər operativ şəkildə təşkil olunacaq – bu haqda Kremlin mətbuat katibi Dimitri Peskov bildirib.

O, Moskva və Vaşinqtonun, ilk növbədə, əvvəlki administrasiya zamanı böyük ziyan dəymiş münasibətlərin bərpası üzərində işləməyə davam edəcəyini bildirib.

“Biz Ukrayna probleminin tənzimlənməsi ilə bağlı bir neçə ideyanın həyata keçirilməsi üzərində işləyirik. İşlər davam edir, lakin hələlik sizə məlumat verə biləcəyimiz konkret detallar yoxdur. Məsələnin mahiyyəti mürəkkəb olduğundan bu, çox vaxt aparan prosesdir” – Peskov bildirib.

Oxşar