Dimitri Peskov - Moskva ilə Bakı arasında münasibətlərdə çətin dövr gəlib çatıb
Dimitri Peskov - Moskva ilə Bakı arasında münasibətlərdə çətin dövr gəlib çatıb

 

Moskva ilə Bakı arasında münasibətlərdə çətin dövr gəlib çatıb – bu barədə Kremlin mətbuat katibi Dimitri Peskov bildirib.

Onun sözlərinə əsasən, Rusiya ilə Azərbaycan arasında münasibətlər möhkəm təmələ malikdir, lakin hazırda çətin dövrdən keçir.

“Həqiqətən möhkəm təməl mövcuddur, iki ölkənin maraqlarının üst-üstə düşməsi, qarşılıqlı hörmətə əsaslanan qarşılıqlı faydalı əməkdaşlıq mövcuddur. Lakin, bəzən elə olur ki, iki ölkə arasında münasibətlərdə çətin dövrlər olur. İndi belə dövrlərdən biridir. Ümid edirik ki, bu dövr keçəcək” – Peskov deyib və qeyd edib ki, “iki ölkə arasında əməkdaşlıq qarşılıqlı fayda gətirir”.