Dimitri Peskov - Moskva Avropanın Rusiya ilə müharibəyə hazırlaşdığını görür
Dimitri Peskov - Moskva Avropanın Rusiya ilə müharibəyə hazırlaşdığını görür

 

Moskva Avropanın Rusiya ilə müharibəyə hazırlaşdığını görür – bu haqda Rusiya Prezidentinin mətbuat katibi Dimitri Peskov deyib.

Peskov qeyd edib ki, Avropa ölkələrinin hərbi büdcələrinin artması onların iqtisadiyyatının həddindən artıq gərginləşməsinə və orta müddətli perspektivdə daha ağır nəticələrə səbəb olur.

Kremlin mətbuat katibinin bəyanatına əsasən, Rusiya hər zaman müharibə təhlükəsinin olduğunu başa düşürdü və öz təhlükəsizliyini təmin etmək üçün tədbirlər görüb.

“Həqiqətən də, Avropa ölkələrində olduqca güclü militarist əhval-ruhiyyə var” – Peskov deyib.

Oktyabrda Rusiya Prezidenti Vladimer Putin Moskvanın Avropanın militarizasiyasına çox güclü cavab verəcəyini bildirib.