Dimitri Peskov - Mayın 15-də İstanbulda planlaşdırılan danışıqlar üçün nümayəndə heyətinin tərkibi Putin bu barədə sərəncam verəndə açıqlanacaq
Dimitri Peskov - Mayın 15-də İstanbulda planlaşdırılan danışıqlar üçün nümayəndə heyətinin tərkibi Putin bu barədə sərəncam verəndə açıqlanacaq

 

Mayın 15-də İstanbulda planlaşdırılan danışıqlar üçün nümayəndə heyətinin tərkibi Putin bu barədə sərəncam verəndə açıqlanacaq. Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dimitri Peskov jurnalistlərlə danışarkən deyib.

“Rusiya nümayəndə heyəti Ukrayna nümayəndə heyətini mayın 15-də İstanbulda, yəni sabah gözləyəcək” – Peskov deyib.

Məlumat üçün bildirək ki, Rusiya Prezidenti Vladimer Putin mayın 11-də İstanbulda Ukrayna ilə birbaşa danışıqlar təşəbbüsü ilə çıxış edib. Bundan sonra Donald Tramp Ukrayna Prezidentini Rusiya ilə danışıqlar aparmağa və Putinlə şəxsən görüşməyə razılıq verməyə çağırıb. Buna cavab olaraq Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, İstanbula yola düşəcək və Putini gözləyəcək, əgər Rusiya Prezidenti İstanbula gəlməsə və atəşkəsi dəstəkləməsə, o zaman bu, Rusiyanın müharibəni bitirmək istəmədiyinin son işarəsi olacaq.