Dimitri Peskov - Macarıstanda yeni hökumətin formalaşmasını və ilk konkret addımları gözləyək, praqmatik dialoqa hazırlığı müsbət qiymətləndirə bilərik
Dimitri Peskov - Macarıstanda yeni hökumətin formalaşmasını və ilk konkret addımları gözləyək, praqmatik dialoqa hazırlığı müsbət qiymətləndirə bilərik

 

Kremldə bəyan edirlər ki, Macarıstanın yeni seçilmiş liderləri Moskva ilə praqmatik dialoq aparmaq istəyirlər.

“Təbii ki, seçkilərdə qalib gəldikdən sonra cənab Madiar çoxlu bəyanatlar verir və çoxlu mətbuat konfransları keçirir. Macarıstanda yeni hökumətin formalaşmasını və ilk konkret addımları gözləyək. Praqmatik dialoqa hazırlığı müsbət qiymətləndirə bilərik” – Kremlin mətbuat katibi Dimitri Peskov bildirir.

Peskovun izah etdiyi kimi, bu istiqamətdə qarşılıqlı hazırlıq var.

“Sonra Macarıstanın yeni hökumətinin konkret hərəkətlərini nəzərə alaraq müzakirə edəcəyik” – Kremlin mətbuat katibi bildirib.