Dimitri Peskov – Çətin ki, Ermənistan eyni vaxtda Avropa İttifaqı və Avrasiya İqtisadi İttifaqında olsun

18:30, 09.01.2025

 
Çətin ki, Ermənistan eyni vaxtda Avropa İttifaqı və Avrasiya İqtisadi İttifaqında olsun – bu haqda Rusiya Prezidentinin mətbuat katibi Dimitri Peskov bildirib.

Onun sözlərinə əsasən, Ermənistanın Avropa İttifaqına mümkün üzvlüyünün əhəmiyyətini qiymətləndirmək hələ də çətindir.

“İki fərqli təşkilatın üzvü olmaq, hipotetik olaraq, sadəcə mümkün deyil. Burada bir gömrük məkanı, mal və xidmətlərin, insanların və kapitalın bir sərbəst hərəkət zonası var, fərqli normalar var. Əlbətdə, bu, Ermənistanın suveren hüququdur. Biz bilirik ki, Avrasiya İqtisadi İttifaqına qoşulmaq qazanclıdır” – Dimitri Peskov bildirib.

Oxşar