Dimitri Peskov - Fridrix Merts Rusiya Prezidenti haqqında çox pis bəyanatlar verib, müvafiq olaraq onun fikrinin əhəmiyyəti azdır
Dimitri Peskov - Fridrix Merts Rusiya Prezidenti haqqında çox pis bəyanatlar verib, müvafiq olaraq onun fikrinin əhəmiyyəti azdır

 

Vladimer Putin haqqında verilən bəyanatdan sonra Fridrix Mertsin sözləri nəzərə alınası deyil – bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dimitri Peskov jurnalistin sualına cavabında deyib. O, Almaniyanın kanslerinin Cenevrənin Ukrayna üçün danışıqlar platformasına çevrilə biləcəyi haqda bəyanatını şərh edib.

“Merts Rusiya Prezidenti haqqında çox pis bəyanatlar verib, müvafiq olaraq onun fikrinin əhəmiyyəti azdır” – Dimitri Peskov bildirib.

Fridrix Merts Vladimer Putini “zəmanəmizin ən ciddi hərbi cinayətkarı” adlandırıb və qeyd edib ki, “müharibə cinayətkarlarına güzəştə getmək olmaz”.

Rusiya Prezidentinin mətbuat katibi Amerikaya qarşı sui-qəsdlə bağlı Trampın bəyanatından da narazıdır.