Dimitri Peskov – Estoniyanın avqustda müdafiə müəssisəsinin yandırılmasının arxasında Rusiyanın dayanması ilə bağlı ittihamı yalandır

17:54, 29.09.2026

 

Kremlin mətbuat katibi Dimitri Peskovun bəyanatına əsasən, Estoniyanın avqustda müdafiə müəssisəsinin yandırılmasının arxasında Rusiyanın dayanması ilə bağlı ittihamı yalandır.

O, Estoniyanın bəyanatının reallığa uyğun olmadığını və bunu ciddiyə ala bilməyəcəklərini deyib.

“Bu cür bəyanatların əsası yoxdur, onlar düşünülməmişdir, reallıqla heç bir əlaqəsi yoxdur və hər cür məntiqi əsaslandırmadan məhrumdur. Müvafiq olaraq, biz bu cür bəyanatlara ciddi yanaşa bilmirik və yanaşmaq niyyətində də deyilik” – Peskov qeyd edib.

Məlumat üçün bildirək ki, Estoniyada avqust ayında “Milrem Robotics” müdafiə şirkətində baş verən yanğının qəsdən törədildiyi və hücumun Rusiya xüsusi xidmət orqanlarının sifarişi ilə həyata keçirildiyi bəyan edilib. “Milrem Robotics” Ukrayna üçün pilotsuz quru nəqliyyat vasitələrinin tədarükçüsüdür.

Oxşar