Dimitri Peskov - Estoniya hakimiyyətinin guya rus qırıcı təyyarələrinin onların hava məkanını pozması ilə bağlı ittihamları tamamilə əsassızdır
Estoniya hakimiyyətinin guya rus qırıcı təyyarələrinin onların hava məkanını pozması ilə bağlı ittihamları tamamilə əsassızdır – bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dimitri Peskov bildirib.
Peskov bildirib ki, Moskva Estoniyadan onların ittihamlarını təsdiq etmək üçün dəlillərə malik olduğunu eşitməyib.
Bununla yanaşı, Rusiya Prezidentinin mətbuat katibinin qeyd etdiyi kimi, rus pilotlar həmişə beynəlxalq hüquq normalarına uyğun hərəkət edirlər.
“Müdafiə Nazirliyimiz bu ittihamları qəti şəkildə rədd edir. Biz gərginliyi artırmağa yönəlmiş bu cür bəyanatları əsassız hesab edirik. Bu pisdir” – Peskov bildirib.
Məlumat üçün bildirək ki, sentyabrın 19-da Estoniyanın Xarici İşlər Nazirliyində 3 rus döyüş təyyarəsinin ölkənin hava məkanını pozmasını bildiriblər.