Dimitri Peskov – Donetsk, Luqansk, Xerson, Zaporojie vilayətləri Rusiyanın bir hissəsidir və danışıqlarda müzakirə edilə bilməz
Kremlin mətbuat katibi Dimitri Peskov bildirir ki, Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojie vilayətləri Rusiyanın bir hissəsidir və danışıqlarda ərazi güzəştlərini istisna edir.
“Rusiyanın bir hissəsinə çevrilən və ölkəmizin konstitusiyasına daxil olan ərazilər Rusiyanın ayrılmaz parçasıdır. Bu, qətiyyən inkar edilə və ya müzakirə oluna bilməyən bir faktdır” – Dimitri Peskov gündəlik brifinqdə bildirib.
Rusiya qüvvələrinin bu ərazilərə tam nəzarət edə bilməməsinə baxmayaraq, Rusiyanın konstitusiyasına əsasən, Donetsk, Luqansk, Xerson və Zaporojie vilayətləri Rusiyanın bir hissəsidir.
Bundan əlavə, Kremlin mətbuat katibi qeyd edib ki, Rusiya və ABŞ-ın siyasi iradəsi olarsa və bir-birlərini dinləməyə hazır olsalar, onlar Ukrayna məsələsi üzrə danışıqları uğurla apara biləcəklər.
“Heç kim asan və sürətli qərarlar gözləmir, gündəliyimizdə həddən artıq çox mürəkkəb problemlər var, lakin hər iki ölkə siyasi iradəsini qoruyub bir-birini dinləməyə hazır olsa, düşünürəm ki, biz bu iş prosesindən keçə biləcəyik” – Dimitri Peskov jurnalistlərə açıqlayıb.