Dimitri Peskov, Donald Trampla əldə olunmuş razılaşmadan sonra rus dizel yanacağının dünya bazarlarına tədarükünün başladığını bəyan edir
Kremldə, ABŞ Prezidenti Donald Trampla əldə olunmuş razılaşmadan sonra rus dizel yanacağının dünya bazarlarına tədarükünün başladığını bəyan edirlər. Məlumatı “Reuters” yayır.
“Dizel yanacağı artıq dünya bazarlarına çatır və bunun neft bazarlarının sabitləşməsinə kömək edəcəyi gözlənilir, hərçənd onların tam sabitləşməsi üçün bu, kifayət etməyəcək” – Kremlin mətbuat katibi Dimitri Peskov açıqlayıb.
“Reuters”, Rusiyanın Baltik dənizinin Primorsk limanından dizel ixracı üçün tankerlərin yüklənməsini bərpa etdiyinə dair məlumat verir.
Media, oktyabrın 13-də tankerə təxminən 40.000 ton dizel yüklənməsi haqda məlumat verir. Gəmi Mərakeşə doğru hərəkət edib.
Xatırladaq ki, oktyabrın 9-da ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimer Putinlə uğurlu danışıqlardan sonra Rusiyanın ABŞ-a və qlobal bazara 1,8 milyon ton dizel yanacağı tədarük edəcəyini bildirib.