Dimitri Peskov - Biz atəşkəs yox, sülh üzərində işləyirik, prioritet müvafiq sənədlərin imzalanması ilə əldə ediləcək uzunmüddətli sülhdür
Kremlin mətbuat katibi Dimitri Peskov bildirir ki, Rusiya atəşkəs yox, sülh üzərində işləyir.
Dimitri Peskov Ukrayna Prezidenti Volodimir Zelenskinin “enerji sahəsində atəşkəslə” bağlı bəyanatına bu şəkildə münasibət bildirdi.
“Biz atəşkəs yox, sülh üzərində işləyirik. Mütləq prioritet müvafiq sənədlərin imzalanması ilə əldə ediləcək dayanıqlı, zəmanətli, uzunmüddətli sülhdür” – Dimitri Peskov bildirib.